AZ

Bu şirkət Qarabağda təmir işlərindən 2,2 milyon - QAZANACAQ

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təmir işləri ilə bağlı 4 tenderə yekun vurub.

“Bakı Konqres Mərkəzi”ni bu şirkət təmir edəcək - MƏBLƏĞ

FED.az xəbər verir ki, sözügedən tenderləri “Ideal TM” QSC şirkəti udub.

Qalib şirkət dövlət qurumundan ümumilikdə 2 200 000 manat dəyərində sifariş alıb.

Qeyd edək ki, “Ideal TM” QSC-nin nizamnamə kapitalı 2 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Əfqan Əliyev Tapdıq oğludur.

Satınalma predmeti və məbləğlər haqqında daha detallı :

Satınalma predmeti

Məbləğ

1

Xocalı şəhər körpələr evi - uşaq bağçasının əsaslı təmiri

270 000 AZN

2

Xocalı şəhər tam orta məktəbin əsaslı təmiri

730 000 AZN

3

Xankəndi şəhəri, Kərkicahan qəsəbə körpələr evi-uşaq bağçasının əsaslı təmiri

460 000 AZN

4

Xankəndi şəhəri, Kərkicahan qəsəbə 624 şagird yerlik tam orta məktəb binasının əsaslı təmiri

740 000 AZN

 

Seçilən
199
34
fed.az

10Mənbələr