AZ

Hindistanda leysan yağışlar 30-dan çox insanın həyatına son qoyub

Hindistanda leysan yağışlar 30-dan çox insanın həyatına son qoyub

Hindistanın şimalında leysan yağışları nəticəsində 30-dan çox adam ölüb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Hindistan Times” qəzeti məlumat yayıb.

Təbii fəlakətin qurbanları Himaçal-Pradeş, Uttarxand, Uttar-Pradeş, Haryana ştatlarının, eləcə də paytaxt Dehli bölgəsinin sakinləri olub. Leysan yağışları yaşayış məntəqələrinə xeyli ziyan vurub, evlər dağılıb, yollar su altında qalıb. Onlarla insan itkin düşüb.

Hindistan Meteorologiya İdarəsi ölkənin şimalında yağışların avqustun 7-dək davam edəcəyini proqnozlaşdırır. Bəzi ştatlarda kəskin hava şəraiti ilə əlaqədar qırmızı xəbərdarlıq elan edilib.

Mənbə: AZƏRTAC

Seçilən
24
3
ilk.az

4Mənbələr