Türkiyənin cənub-şərqində baş verən qəzada beşi uşaq olmaqla altı nəfər avtomobildə diri-diri yanıb.
Publika.az xəbər verir ki, bu barədə “Yeni Akit” qəzeti yazır.
“Siirtin Kurtalan rayonunda aşan avtomobildə baş verən yanğın nəticəsində bir ana və beş uşaq diri-diri yanıb, sürücü ata isə yaralanıb”, - deyə qəzet yazır.
Hadisə yerinə yanğınsöndürmə briqadaları, xilasetmə xidmətləri və jandarma qüvvələri cəlb olunub.
Xəsarət alan sürücü təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.