AZ

ABŞ İsraili müdafiə məqsədilə bölgəyə yeni hərbi birləşmə yerləşdirir

ABŞ

Vaşinqton, 2 avqust, AZƏRTAC

ABŞ İsraili müdafiə məqsədilə bölgəyə yeni hərbi birləşmə yerləşdirəcəyini elan edib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Co Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı zamanı müzakirə aparılıb.

Telefon danışığı zamanı ABŞ-ın təhdidlərə, o cümlədən ballistik raketlərə və pilotsuz təyyarələrə qarşı İsrailin müdafiəsini dəstəkləmək səyləri və sadiqliyi müzakirə olunub. Tərəflər regionda gərginliyin azaldılması üçün davamlı səylərin vacibliyini vurğulayıblar. Telefon danışığına vitse-prezident Kamala Harris də qoşulub.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
57
7
azertag.az

8Mənbələr