AZ

Dörd rayonun qazı kəsiləcək 

Yazını böyüt
Yazını kiçilt

Səbail, Xəzər, Binəqədi və Sabunçu rayonları ərazisində yerləşən bəzi qaz xətləri üzərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 02.08.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə hafta.az-a "Azəriqaz"dan məlumat verilib.

Qaz təchizatı dayandırılan müddətdə Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Ceyhun Hasilov, Nürəddin Paşayev, Tofiq Məmmədov küçələrində, Sulutəpə və Şağan qəsəbəsi Nüsrət Məmmədov, Məktəbli küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qeyd edilən müddətdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, Maştağa Albalılıq, Bilgəh Albalılıq, Bağlar massivinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Seçilən
10
43
hafta.az

10Mənbələr