Yaxın Şərqdə hər an genişmiqyaslı müharibə başlaya bilər.
Medianews.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
O bildirib ki, Ağ Ev bütün diqqətini Yaxın Şərqdə böyük müharibənin qarşısını almağa yönəldib: “Risk həmişə olub və bu gün də qalmaqdadır. İndi daha intensiv səylər göstərməliyik. Diplomatiya yolu ilə eskalasiyanın və daha böyük müharibənin qarşısını almaq üçün çalışmağa davam edəcəyik”.
Ayşən