AZ

Pompeydə qədim nekropol aşkarlanıb

Pompeydə

Roma, 4 avqust, AZƏRTAC

İtaliyanın Pompey şəhərində dəmir yolu xəttinin modernləşdirilməsi üçün aparılan qazıntı işləri zamanı nekropol aşkar olunub.

AZƏRTAC xəbər verir ki, Çirkumvesuviana tikinti sahəsində I-III əsrlərə aid yaxşı qorunmuş 35 qəbir aşkarlanıb.

Arxeoloq Mariano Nuzzo bildirib ki, tapıntılar üç mərhələyə aiddir: I-IV əsrlərə aid müxtəlif arxeoloji materiallar, eradan əvvələ aid pemza daşları altında olan sahə və nekropol. Bu nekropolda çuxur qəbirlərin olması və yeddisinin amforada saxlanması onların Şimali Afrika və ya Osko Sannit əhalisinə aid olmasına dair işarələrdir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
96
1
azertag.az

2Mənbələr