AZ

Premyer-liqada 21-ci əsrin 3-cü məhsuldarlığı

Misli premyer-liqasının 2024/25 mövsümü məhsuldar keçən 1-citurla başlayıb.

"Football-plus.az" xəbər verir ki, ilk turun 5 oyununda 16 qol vurulub.

“Araz-Naxçıvan” – “Qarabağ” (1:4) və “Zirə” – “Səbail” (4:1) görüşlərinin hərəsində 5, “Sabah” – “Şamaxı” (2:2) matçında 4, “Sumqayıt” – “Kəpəz” (2:0) qarşılaşmasında 2 top qeydə alınıb. Yalnız “Neftçi” – “Turan Tovuz” görüşündə qol vurulmayıb.

Mövsümün ilk turunun orta məhsuldarlığı 3,20 olub. Bu, start üçün 21-ci əsrin üçüncü göstəricisidi. Yalnız iki dəfə 11-ci tur daha məhsuldar olub. 2001/02 mövsümündə bu rəqəm 4,00-a, 2017/18 mövsümündə 3,25-ə bərabər olub. 23 il əvvəl 5 oyunda 20 top vurulubsa, 7 il öncə 4 qarşılaşmada 13 qol qeydə alınıb.

Seçilən
71
15
football-plus.az

10Mənbələr