AZ

Filippinin ilk Olimpiya çempionuna qeyri-adi hədiyyələr

Olimpiya Oyunlarında 2 qızıl medal qazanan filippinli idman gimnastı Karlos Yuloya veriləcək hədiyyələr bəlli olub. Sport24.az xəbər verir ki, ölkəsinin ilk Olimpiya çempionu adını qazanan atletə 10 milyon Filippin pesosu (təxminən 170 min dollar) veriləcək.
 
Bundan başqa, Yuloya ev, mebel və "iPhone 16" telefonu, bir neçə restoran şəbəkəsində ömürlük əriştə və içki, 45 yaşından etibarən isə kolonoskopiya və qastroenterologiyaya pulsuz giriş kartı hədiyyə olunub.
 

Seçilən
45
2
sport24.az

3Mənbələr