AZ

Paris-2024: Şəriəti qələbə ilə başladı, Məmmədov uduzdu - YENİLƏNİR

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Prosport.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı Venesueladan olan Rayber Joze Rodriges Orosko ilə üz-üzə gəlib.

Yarışa 1/8 finaldan qoşulan Məmmdov rəqibinə məğlub olub - 5:6.

Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) 1/4 finala yüksəlib.

Paris-2024:

----------------------------------

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Sportnet.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı estoniyalı Heyki Nabi ilə qarşılaşıb.

Yarışa 1/8 finaldan qoşulan Şəriəti rəqibinə sonuncu xal (1:1) prinsipi ilə qalib gəlib.

İdmançımız 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla görüşəcək.


Seçilən
43
14
sportnet.az

10Mənbələr