AZ

Portuqaliya millisinin üzvü PSJ-də - Rəsmi

style='margin-bottom:10px;'>

PSJ heyətini yeni oyunçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, Paris təmsilçisi "Benfika"dan Joao Neveşi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla 5 illik müqavilə imzalanıb.

PSJ 19 yaşlı dayaq yarımmüdafiəçisi üçün Lissabon klubuna 70 milyon avro təzminat ödəyəcək. 

Qeyd edək ki, Joao Neveş "Benfika"nın yetirməsidir. Portuqaliya millisinin üzvü ötən mövsüm Lissabon təmsilçisində meydana çıxdığı 55 rəsmi matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
11
2
teleqraf.com

4Mənbələr