AZ

Ərdoğan Özbəkistana getdi

Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısında iştirak etmək üçün Özbəkistana getdi.
Bu il 16-cı dəfə keçiriləcək sammit iki gün davam edəcək.
Rəcəb Tayyib Ərdoğan sammit çərçivəsində  liderlərlə təkbətək görüşlər keçirəcək.
Sammitdə İsrailin Fələstinə hücumlarını dayandırması və ən qısa zamanda Fələstinə humanitar yardımın çatdırılması məsələləri də müzakirə olunacaq.
Sammit çərçivəsində  üzv ölkələr arasında ticarət, iqtisadi və mədəni əməkdaşlığın inkişafı istiqamətində addımlar atılacaq.
Regional məsələlərin də müzakirə olunacağı sammitdə bölgə ilə Türkiye arasında birbaşa quru əlaqəsi yaradacaq Zəngəzur dəhlizi məsələsi də qiymətləndiriləcək.



Seçilən
699
46
trt.net.tr

10Mənbələr