AZ

Şuşada işlə təmin olunanların sayı 

Şuşada işlə təmin edilən əhalinin sayı açıqlanıb.

Dövlət Məşğulluq Agentliyindən Bakupost.az -a verilən məlumata görə, keçmiş məcburi köçkün olan 73 nəfər şuşalını doğma torpağında işlə təmin edib.

Bildirilib ki, həmin şəxslər orada tikinti, xidmət və digər sahələrdə çalışırlar.
.

Həmçinin Şuşaya qayıdacaq şəxslərlə bağlı da aidiyyəti işlərin görülməsinə başlanılıb.

Belə ki, 8 mindən çox ailənin 29 mindən çox üzvünün sosial-demoqrafik, məşğulluq üzrə təhlilləri, məşğulluq imkanlarının qiymətləndirilməsi aparılıb.

Eyni zamanda, Şuşada fəaliyyət göstərən işəgötürənlərlə də əməkdaşlıq edilir. Artıq 90-dək müəssisənin işçi qüvvəsinə ehtiyacları və vakansiya tələbləri öyrənilib.
Seçilən
381
40
bakupost.az

10Mənbələr