AZ

Kafedra müdiri qəfil vəfat etdi

Azərbaycan Kooperasiya Universitetinin Sosial elmlər kafedrasının müdiri Gülnarə Qurbanova qəfil vəfat edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə universitetin feysbuk səhifəsində paylaşım edilib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Qurbanova 1985-ci ildən pedaqoji fəaliyyətə başlayıb. 2016-cı ildə dosent vəzifəsi AAK tərəfindən təsdiq edilib.

Mərhum 2014-cü ildə universitet rəhbərliyinin təqdimatı ilə “Tərəqqi” medalına layiq görülüb.

Seçilən
174
7
redaktor.az

10Mənbələr