AZ

Hakan Fidan: “Qarabağ əmin-amanlığa qovuşmasının coşqusunu yaşayır”

Türkiyənin xarici işlər naziri Hakan Fidan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

 

Sfera.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

 

“Can Azərbaycanın 8 Noyabr – Zəfər Gününü ürəkdən təbrik edirəm.

 

Zəfərin üçüncü ildönümündə Qarabağ Azərbaycan bayrağı altında əmin-amanlığa qovuşmasının coşqusunu yaşayır.

 

44 günlük dastansəra mübarizəni zəfərlə taclandıran bütün qəhrəmanlarımızı şükranla, şəhidlərimizi ehtiramla yad edirəm.

 

Qarabağ Azərbaycandır!”, – XİN başçısı qeyd edib.

Seçilən
354
11
sfera.az

10Mənbələr