AZ

ABŞ Azərbaycana yeni səfir təyin etdi

ABŞ Mark Libbini Azərbaycana yeni səfir təyin edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Senat səsvermə yolu ilə Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyini təsdiqləyib.

 

Qeyd edək ki, M.Libbi Vaşinqtondakı Milli Hərbi Kollecdə çalışıb. O, 2021-ci ilin iyun ayınadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. 

 

O, həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.

Seçilən
362
29
senzor.az

10Mənbələr