AZ

Paris-2024: Rafiq Hüseynov macarıstanlı güləşçiyə məğlub oldu

Yunan-Roma güləşçimiz Rafiq Hüseynov Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Sport24.az xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/8 final mərhələsində macarıstanlı David Losonçi ilə üz-üzə gəlib.
 
Hüseynov rəqibinə məğlub olub - 2:5. Losonçi finala çıxsa, təmsilçimiz təsəlliverici görüşə qatılacaq.
 
Qeyd edək ki, dünəndən mübarizəyə başlayan yunan - Roma güləşçiləmizdən Sənan Abdullayev bu "gümüş" uğrunda güləşəcək.

Seçilən
68
18
sport24.az

10Mənbələr