AZ

Olimpiya çempionlarımız liderlər sırasında - Reytinqdə

Dünya reytinqində lider olan Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Avropa cüdoçularının sıralamasında da mövqelərini möhkəmləndiriblər.

Prosport.Az xəbər verir ki, Avropa reytinqində 7 çəkidə 4 ölkə təmsilçiləri liderdir.

Azərbaycan, Gürcüstan və Fransanın daha çox – hərəyə 2 idmançısı zirvədə qərarlaşıb. Öz çəkilərində birinci yerləri gürcülər Tato Qriqalaşvili (81 kq) və Laşa Bekauri (90 kq), fransalılar Luka Mheidze (60 kq) və Teddi Riner (+100 kq) tutur.

Avropa reytinqinin ən yüksək pilləsində moldovalı Denis Vieru da qərarlaşıb. O, 66 kq çəkidə liderdir.

Seçilən
21
3
prosport.az

5Mənbələr