AZ

Futbol"Osiyek"in baş məşqçisi: "Zirə"nin təhlükəli rəqib olduğunu deyə bilərəm

"Zirə"nin təhlükəli rəqib olduğunu deyə bilərəm.

"Report" xəbər verir ki, bunu "Osiyek"in (Xorvatiya) baş məşqçisi Federiko Koppitelli UEFA Konfrans Liqasının III təsnifat mərhələsində qarşılaşacaqları "Zirə"ylə oyundan öncə Xorvatiya mətbuatına açıqlamasında deyib.

39 yaşlı mütəxəssis güclü rəqibə qarşı mübarizə aparacaqlarını bildirib: "Zirə" Avropa Liqasında çıxış edən komandalar səviyyəsindədir. Moldovanın "Şerif" komandasına penaltilər seriyasında məğlub oldular. "Zirə"nin təhlükəli rəqib olduğunu deyə bilərəm. Görüşə yüksək səviyyədə hazırlaşmışıq. Pley-offa vəsiqə qazanmaq istəyirik".

Qeyd edək ki, avqustun 8-də keçiriləcək "Osiyek" - "Zirə" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.

Seçilən
84
1
far.az

10Mənbələr