Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, komandamızın bayrağını parataekvandoçu İmaəddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva daşıyacaqlar.