Sankt-Peterburqda insanlara hücumlarda iştirak edən 17 yaşlı yeniyetmə saxlanılıb.
Gundem.az xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsindən (BQR) məlumat verilib.
Onun barəsində ittiham elan edilib, həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.
REN TV-nin məlumatına görə, gənc əslən Lipetskdən olsa da, Sankt-Peterburqda yaşayırmış. Məlum olub ki, o, özünü "Azərbaycan mafiyası" adlandıran gənclərlə birlikdə 21 yaşlı yerli sakinə hücum edib.
Hücumların digər iştirakçılarının müəyyənləşdirilməsi davam edir.
Qeyd edək ki, noyabrın 3-də Azərbaycanda "zibil bloqçuları" dəstəsinin rəhbəri Tural Məmmədovun saxlanıldığı barədə məlumat yayılıb.
Vurğulanıb ki, milli ədavət və düşmənçilik zəminində törədilən xuliqanlıq işi üzrə ümumilikdə 11 nəfər artıq saxlanılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta