“Sabah” Konfrans Liqasında növbəti oyununu keçirəcək. Manset.az xəbər verir ki, Premyer Liqanın bürünc mükafatçısı III təsnifat mərhələsinin ilk matçına çıxacaq. Krunoslav Renduliçin yetirmələri “Sent Patriks”lə görüşəcək. Matç İrlandiyada baş tutacaq. Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 15-də Bakıda olacaq. Konfrans Liqası III təsnifat mərhələsi İlk oyun 8 avqust 22:45. “Sent Patriks” (İrlandiya) – “Sabah” "Sent Patriks": 94. Jozef Ananq, 21. Aksel, Sjoberq, 5. Tom Qrivosti, 4. Jozef Redmond, 3. Antoni Breslin, 6. Lami Lennon, 8. Kris Forrester, 17. Romal Palmer, 20. Cek Mulraney, 18. Aydan Kina, 26. Zahari Elbuzedi Baş məşqçi: Stefen Kenni "Sabah": 1. Yusif İmanov, 2. Amin Seydiyev, 44. Sofian Çakla, 3. Con İrazabal, 7. Boyan Letiç, 13. İvan Lepinitsa, 4. Elvin Camalov (k), 70. Cesse Sekidika, 11. Kahim parris, 18. Pavol Şafranko, 20. Coy Lens-Mikels Baş məşqçi: Krunoslav Renduliç