AZ

“Qarabağ” “Bayer”ə son dəqiqə qolu ilə məğlub oldu

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 2023/2024 mövsümünün qrup mərhələsi çərçivəsində dördüncü matçına çıxıb.

Arena.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan çempionu doğma meydanda Almaniyanın “Bayer” komandası ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu İngiltərədən olan hakimlər briqadası idarə edib.

“Bayer” Avroliqanın qrup mərhələsində ardıcıl üç qələbə qazanmışdı. Azərbaycan çempionu da son oyununu səfərdə məhz bu komandaya qarşı keçirmiş və 1:5 hesabıyla məğlub olmuşdu. Ağdam klubu doğma meydanda həmin məğlubiyyətin qisasını almağı hədəfləmişdi. Almanlar isə dördüncü qələbəsini qazanmaqla növbəti mərhələyə vəsiqəni vaxtından öncə təmin etmək istəyindəydilər.

Təəssüf ki, Almaniya Bundesliqasının lideri ilə ev oyunu da təmsilçimiz üçün uğursuz yekunlaşıb. Halbuki, bir neçə dəfə qola yaxın olan Ağdam klubu son ana qədər xal qazanmağa çox yaxın idi. Lakin təəssüf ki, matça əlavə olunmuş təzminat dəqiqələrində rəqib penalti qazandı və bu şansdan maksimum yararlanıb hesabı açdı. Beləcə, ardıcıl dördüncü qələbəsini rəsmiləşdirən “Bayer” vaxtından öncə növbəti mərhələyə yüksəldi.

Xatırladaq ki, Azərbaycan çempionu Avroliqanın qrup mərhələsinin ilk turunda Norveçin “Molde” komandasını Bakıda, İsveç təmsilçisi “Hakken”i isə səfərdə 1:0 hesabıyla məğlub edib. Komandamız qrupdakı son oyunlarını da bu rəqiblərinə qarşı keçirəcək.

Bu gün qrupun digər matçında “Molde” səfərdə “Hakken”in qonağı olacaq.

Avropa Liqası
H qrupu, 4-cü tur
9 noyabr

“Qarabağ” – “Bayer” 0:1
Qol: Viktor Bonifase, 90+4-pen.
Hakimlər: Kreyq Pouson, Saymon Bennett, Li Betts, Con Bruks (hamısı İngiltərə).
VAR: Carred Cillett (Avstriya).
AVAR: Mixael Salisburi (İngiltərə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.

Qarabağ: 99. Andrey Lunyov (23. Luka Quqeşaşvili, 85), 6. Julio Romao, 7. Yassin Benzya (27. Toral Bayramov, 83), 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade (66. Patrik Andrade, 83), 18. Olavio Juninyo, 29. Marko Veşoviç (5. Maksim Medvedev, 83), 44. Elvin Cəfərquliyev (55. Bədavi Hüseynov, 89), 81. Kevin Medina.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Bayer: 17. Matey Kovar, 2. Yosip Stanişiç, 3. Pyero İnkapye, 4. Conatan Ta (k), 8. Robert Andrix, 10. Florian Virts (23. Adam Hlojek, 90+7), 19. Natan Tella (30. Ceremi Frimponq, 61), 20. Aleksandro Qrimaldo, 21. Amin Adli (7. Yonas Hofmann, 61), 22. Viktor Bonifase, 34. Qranit Caka.
Ehtiyat oyunçular: 1. Lukas Hradetski, 36. Niklas Lomb, 6. Odilon Kossunu, 18. Noa Mbamba, 32. Qustavo Puerta, 47. Ayman Aurir.
Baş məşqçi: Xabi Alonso.

Xal: Bayer – 12. Qarabağ – 6. Molde – 3. Hakken – 0.

Seçilən
627
50
arena.az

10Mənbələr