AZ

Baydenin Avropadakı baş müşaviri istefa verdi

ABŞ Prezidenti Cozef Baydenin Avropa məsələləri üzrə baş müşaviri Amanda Slout istefa vermək qərarına gəlib.Gununsesi.info report-a istinadən xəbər verir ki, bu barədə “Politico” qəzeti məmurun özünə istinadən məlumat yayıb.Slout prezidentliyə başlayandan bəri Cozef Baydenin komandasında işləyib, ABŞ-ın Avropadakı müttəfiqləri ilə əlaqələrin bərpasına və Rusiyaya qarşı “vahid cəbhə”nin qurulmasına cavabdeh olub.“Möhtəşəm üç il oldu, amma vaxt gəldi. Yoruldum”, – Slout deyib.Slout Baydeni NATO-nun 5 sammiti və Avropa İttifaqının iki sammiti də daxil olmaqla, Avropaya səkkiz səfərində müşayiət edib.

Seçilən
253
10
gununsesi.info

10Mənbələr