AZ

"Turan Tovuz" onu yenidən icarəyə götürdü - RƏSMİ

"Neftçi" klubu futbolçusu İsmayıl Zülfüqarlını icarəyə verib.

Prosport.Az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Oyunçu mövsümün sonunadək "Turan Tovuz"un formasını geyinəcək. O, ötən mövsümü də icarə əsasında Tovuz klubunda keçirib.

Bundan əlavə, "Neftçi" 23 yaşlı futbolçu ilə müqavilənin müddətini 2026-cı ilədək uzadıb.

Qeyd edək ki, müdafiəçi paytaxt klubunun yetirməsidir.

Seçilən
33
8
prosport.az

10Mənbələr