AZ

PSJ-dən tarixi transfer

Fransanın PSJ komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Paris təmsilçisi “Ayntraxt”dan (Almaniya, Frankfurt) ekvadorlu Vilyan Paçonu transfer edib. Onunla 5 illik müqavilə imzalanıb.

İyirmi iki yaşlı müdafiəçi PSJ tarixində ilk ekvadorlu futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, V. Paço ötən mövsüm “Ayntraxt”ın heyətində 44 matçda forma geyinib.


Seçilən
16
3
sportnet.az

4Mənbələr