İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Almaniyanın "Leyptsiq" klubundan Dani Olmo transfer edilib.
Tərəflər 26 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılığa gəliblər. Onun müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulacaq.
Qeyd edək ki, İspaniya yığması ilə AVRO-2024-ün qalibi olan D.Olmo ötən mövsüm Bundesliqa komandasında meydana çıxdığı 25 oyunda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. \\Redaktor.Az