Avropa İttifaqı Türkiyənin qapısını çox döyəcək. Gələcəyimizi, müstəqilliyimizi hədəfə alan daxili və xarici ssenariləri, çirkin ittifaqları bir-bir üzə çıxardıq.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Ali Mədəniyyət, Dil və Tarix Qurumunun Beştəpə Millət Konqresi və Mədəniyyət Mərkəzində təşkil etdiyi Mustafa Kamal Atatürkü anma tədbirindəki çıxışında bildirib. Dövlət başçısı bildirib ki, Türkiyə onlarla hücumun qarşısını alan bir ölkədir.
Ərdoğan sözlərinə belə davam edib: "Biz hər sahədə çox yaxşı səviyyədəyik. PKK-dan FETÖ-yə qədər terror təşkilatlarını fəaliyyət göstərə bilməyəcək hala gətirmişik".