Bakı. Trend:
Ermənilər 44 günlük müharibədəki böyük məğlubiyyətlərindənsonrakı reallıqlarla heç cür barışa bilmirlər.
Bunun əvəzinə həm erməni siyasətçilər, həm də ictimai xadimlərrevanşist siyasəti davam etdirərək Azərbaycanın siyasi arenadakınüfuzunu qaralamağa yönəlmiş dezinformasiya yaymağa davamedirlər.
Belə ki, erməni jurnalist Robert Ananyan qondarma "ifşaedici"material dərc edərək Azərbaycanı bu ilin sentyabrında keçirilmişantiterror tədbirləri nəticəsində Qarabağdakı erməniseparatçılardan götürülmüş texnikanı guya Rusiya tərəfinə verməkdəittiham edir. Bundan başqa, Ananyan "Ukraynadakı hərbiəməliyyatlarda məhz bu texnikadan istifadə olunacağını" iddiaedir.
O öz uydurmalarını Qarabağdan hərbi texnikanın çıxarılmasını əksetdirən videokadrlarla paylaşır. Lakin kadrlarda russülhməramlıları öz texnikaları ilə əks olunub. Yəni özünü "CənubiQafqaz məsələləri üzrə ekspert" adlandıran jurnalist bunugörmür?
Bundan başqa, onun bəhs etdiyi texnikanın yeganə yeri Bakıdayerləşən Hərbi Qənimətlər Parkıdır.
Qeyd etmək yerinə düşər ki, elə həmin Ananyan və onun digərhəmkarları bundan əvvəl Azərbaycanın suveren ərazisindəErmənistanın silahlı birləşmələrinin olduğu faktını qətiyyətlətəkzib edirdilər.
Ermənistan sülh sazişi, sərhədlərin demilitasiyası,kommunikasiyaların açılması və üçtərəfli bəyanatda qeyd olunandigər məsələlər üzərində işləmək əvəzinə, Azərbaycanın və regiondavəziyyətin tənzimlənməsi üzrə digər tərəfdaşların səyləri fonundayalnız Azərbaycanın tərəfdaşları ilə arasını vurmaq məqsədi daşıyanyalanlar yaymağa fokuslanıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)