AZ

Elnarə Qasımovanın həbs müddəti uzadılıb

"Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalist Elnarə Qasımovanın həbsdə saxlama müddəti uzadılıb.

"Qafqazinfo” xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Rafail Sadıxovun sədrliyi ilə keçirilən iclasda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin edilib.

Qərara əsasən, Elnarə Qasımovanın həbsdə saxlama müddəti 1 ay 7 gün uzadılıb.

"Abzas media” işi üzrə aparılan istintaqla saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları - Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs ediliblər. Onların qaçaqmalçılıqda ittiham edilirlər.

www.anews.az
Seçilən
22
3
anews.az

4Mənbələr