Bakı. Trend:
AFFA İntizam Komitəsi “Zirə” klubunun futbolçusu VladislavKulaçı cəzalandırıb.
Trend xəbər verir ki, bunaukraynalı futbolçunun təcavüzkar davranışı səbəb olub.
30 yaşlı hücumçu Azərbaycan Premyer Liqasının XII turunun“Sabah” – “Zirə” görüşünün 90-cı dəqiqəsində təcavüzkar davranışayol verdiyinə görə 4 oyun cəzalanıb. Paytaxt klubu isə 3000 manatcərimələnib.
Qeyd edək ki, bu qarşılaşma “Zirə”nin 1:0 hesablı qələbəsi iləyekunlaşıb.