AZ

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”a məğlub oldu

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 2-ci turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması “Araz-Naxçıvan”la “Şamaxı” arasında baş tutub.

Bu komandalar daha öncə milli çempionatda 4 oyunda üz-üzə gəlmişdilər. Sülh tanımayan komandaların hərəyə 2 qələbəsi vardı. Bütün oyunlarda meydan sahibi olan tərəf qalib gəlmişdi. “Şamaxı” səfərdə qol da vurmamışdı.

Ənənə bu gün də davam edib. Belə ki, meydan sahibi olan “Araz-Naxçıvan” rəqibini tək qolla məğlub edib.

Premyer Liqa
2-ci tur

10 avqust

“Araz-Naxçıvan” – “Şamaxı” 1:0
Qol: Ramon Maçado, 59.
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
Mərdəkan. “Dalğa Arena”, 18:45.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 14. Miço Kuzmanoviç.
Baş məşqçi: Elmar Baxşıyev.

Şamaxı: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 32. Vasili Radenoviç, 11. Conatan Benteke, 7. Georgi Kantariya, 9. Belaydi Pusi, 66. Vasili Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 97. Elşad Tağıyev, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 93. Brahim Konate.
Baş məşqçi: Ayxan Abbasov.

Seçilən
81
9
arena.az

10Mənbələr