AZ

Boks: Millimiz Avropa birinciliyində 9 medal qazandı

Bosniya və Herseqovinanın Banya Luka şəhərində məktəbli qız və oğlanlar arasında keçirilən boks üzrə Avropa birinciliyi başa çatıb.

Arena.az xəbər verir ki, Azərbaycan millisi yarışı 9 medalla başa vurub.

Boksçularımızdan Aysel Fərəcova (40 kq), Cəmilə Muradlı (48 kq), Səma Abbasova (60 kq) və Nurlan Müseyibli (60 kq) birincilikdə ikinci yeri tutublar. Kəmalə Həsənova (51 kq), Şükar Əliyev (63 kq), Mehran Rəsulov (75 kq), Yusif Ağakişiyev (80 kq) və Uğur Həsənov (90 kq) isə yarışı bürünc medalla başa vurublar.

Xatırladaq ki, avqustun 3-də start götürmüş və 8 gün davam edən yarış Bosniya və Herseqovinanın Banya Luka şəhərində təşkil olunub. Yığmamız oğlanların yarışında 16 boksçu ilə təmsil olunub. Qızların mübarizəsində isə 8 boksçumuz rinqə çıxıb. Avropa birinciliyində Qalib Əbiyev də hakimlər sırasında yer alıb.

Seçilən
35
27
arena.az

10Mənbələr