AZ

Səfirimiz “The Guardian”a CAVAB verdi

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun nüfuzlu "The Guardian" qəzetinə ünvanladığı məktubu dərc olunub.

Bu barədə Publika.az-a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, məktubda bu qəzet tərəfindən ölkəmizin əleyhinə son aylar dərc olunmuş məqalələrə cavab verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilər birmənalı olaraq beynəlxalq səviyyədə Azərbaycanın tanınmış əraziləridir və bu fakt BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə də təsdiq edilib.

Həmçinin qeyd olunub ki, hər bir dövlətin öz ərazi bütövlüyünü müdafiə etməsi BMT nizamnəməsində qeyd olunduğu kimi onun ən əsas vəzifəsidir.

Seçilən
662
8
publika.az

10Mənbələr