AZ

"Neftçi" doqquz il sonra ilkə imza atıb

"Neftçi" Azərbaycan Premyer Liqasında doqquz ildən sonra ilkə imza atıb.

Roman Qriqorçukun yetirmələri öncə "Turan Tovuz" (0:0), ardınca "Səbail"lə (1:1) oyunlarda heç-heçə edib. Eyni komandanın startdakı iki turda heç-heçə etməsi isə son doqquz mövsümdə ilk dəfə qeydə alınıb.

Sonuncu belə hadisə 2015/16 mövsümündə yaşanıb. Həmin vaxt iki komanda - "Sumqayıt" və "Kəpəz" - startda sülhləri sıralayıb.

Ümumilikdə isə ölkə çempionatları tarixində 11-ci belə seriya qeydə alınıb. "Neftçi" tarixində ilk dəfə mövsümə heç-heçələrlə başlayıb.

"Bakı" (2011/12, 2012/13) və "Kəpəz" (2010/11, 2015/16) hərəyə iki dəfə belə starta imza atıb. Bakı "İnşaatçı"sı 1993/94, "Turan" 1996/97, AZAL 2008/09, "Simurq" 2012/13, "Xəzər Lənkəran" 2013/14, "Sumqayıt" 2015/16 mövsümündə sülhsevərlik göstərib.

Mənbə: oxu.az

Aqreqator
Seçilən
79
32
oxu.az

10Mənbələr