AZ

Portuqaliya klubu I turdan sonra baş məşqçisi ilə yollarını AYIRDI

Portuqaliyanın "Braqa" klubu baş məşqçisi Daniel Sousa ilə yollarını ayırıb.

 

Sfera.az-ın məlumatına görə, bu barədə Braqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

38 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

 

Qeyd edək ki, Daniel Sousa may ayından komandaya rəhbərlik edirdi. Onunla 2 illik sözləşmə imzalanmışdı. "Braqa" ötən gün ölkə çempionatının I turunda "Eştrela" ilə heç-heçə edib - 1:1.

Seçilən
24
6
sfera.az

8Mənbələr