AZ

Nadir: Yalançı olmaqdan bezmişəm

"Bütün aparıcılara səslənirəm, xüsusən də səhər verilişlərinə, saat 10:00-da başlayanlara, məni oraya dəvət etməyin. Oyana bilmirəm".

Publika.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial media hesabında yayımladığı videomüraciətdə deyib.

O, aparıcılardan onu səhər saatlarına olan proqramlara çağırmamağı xahiş edib:

"Bütün əsəblərim gedir. Səhər 6-dan oyanmalı, bütün işlərimi görməliyəm. Bir-bir kiməsə zəng edib deməyim. O veriliş mənə lazım deyil demirəm, sadəcə mənə çətindir. Səhər verilişlərini istəmirəm. Əsəbim, vaxtım, enerjim gedir. Səhər yatmaq istəyirəm. Ən gözəl vaxtdır səhər 8-10-da yatmaq. İşlərim axşam olur deyə, evə gec gəlirəm, gəlirik. Ona görə də, məni səhər verilişlərinə dəvət etməyin, xahiş edirəm.

Seçilən
657
10
publika.az

10Mənbələr