AZ

Blinkendən etiraf: Həddindən artıq fələstinli öldürülüb

ABŞ Dövlət Katibi Antoni Blinken İsrailin Qəzzaya hücumları zamanı həddən çox fələstinlinin öldürüldüyünü etiraf edib.

Publika.az xəbər verir ki, Blinken bu barədə Yaxın Şərq və Asiyaya doqquz günlük səfərini başa vurduqdan sonra Yeni Dehlidə jurnalistlərə verdiyi açıqlamada deyib. İsrailin Qəzzada HƏMAS-a qarşı müharibəsini davam etdirdiyi bir vaxtda həlak olan fələstinlilərin sayının çox oluğunu pisləyən Blinken mülki insanları qorumaq üçün daha çox iş görülməli olduğunu bildirib.

O çıxışında "Həddindən artıq çox fələstinli öldürüldü, son həftələrdə həddən artıq çoxu əziyyət çəkdi" ifadələrini işlədib.

"Və biz onlara zərərin qarşısını almaq və onlara göstərilən yardımı maksimum dərəcədə artırmaq üçün mümkün olan hər şeyi etmək istəyirik",- deyə Blinken əlavə edib və Vaşinqtonun bu məqsədlərə nail olmaq üçün İsraillə gələcək addımları müzakirə edəcəyini qeyd edib.

Seçilən
826
50
publika.az

10Mənbələr