AZ

Ervin Koffi bağışlandı - “Neftçi” rəhbərliyindən azarkeşlərlə görüş

“Neftçi” klubu son günlərdə azarkeşlərin əsas tənqid hədəfinə çevrilmiş sağ cinah müdafiəçisi Ervin Koffi ilə bağlı qərarını açıqlayıb.

Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində keçirilmiş “Səbail”lə oyundan sonra azarkeşlərlə münaqişə yaşamış futbolçunun klubdan göndərilməsi gündəmə gəlmişdi.

Bu gün “Neftçi” Futbol Mərkəzində “Forza Neftçi” azarkeş qrupunun fəal üzvləri, klub nümayəndələri – baş icraçı direktor Cenk Sümer, media üzrə koordinator Rüstəm Əfsərli və futbolçu Ervin Koffinin iştirakı ilə görüş keçirilib. Görüşdə “Səbail”lə son qarşılaşmadan sonra baş verənlər müzakirə edilib.

Ervin Koffi oyundan sonra azarkeşlərlə arasında keçən xoşagəlməz insidentə görə təəssüfləndiyini bildirib. O, matçdan sonra yorğunluq və nəticədən irəli gələn stressin gətirdiyi emosiyalarla hərəkət etdiyini, heç bir halda azarkeşlərə hörmətsizlik etmək fikrində olmadığını dilə gətirərək üzr istəyib.

Azarkeşlər bunu anlayışla qarşılayaraq, futbolçunun üzrxahlığını qəbul ediblər. O cümlədən, tribunadan Koffiyə tərəf yad əşya atanın “Forza Neftçi” azarkeş qrupunun üzvlərindən biri olmadığı dilə gətirilib.

Klub oyundan dərhal sonra baş verənlərlə bağlı araşdırma apardığını diqqətə çatdırıb. Daxili intizam qaydaları əsasında futbolçu haqqında ölçü götürülüb.

Hər iki tərəf buna bənzər hadisələrin gələcəkdə bir daha yaşanmayacağından əminliyi bildirib.

Seçilən
53
41
arena.az

10Mənbələr