AZ

“TikTok” Venesuela Prezidentinə bir həftə ərzində yayıma icazə verməyəcək

"TikTok" sosial şəbəkəsi Venesuela Prezidenti Nikolas Maduronu bir həftəlik yayım imkanından məhrum edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu bu barədə Maduro Venesuela Dövlət və Təhlükəsizlik şuralarının birgə iclasında bildirib.

"TikTok" mənim yayım imkanımı avqustun 19-dək dayandırdı", - deyə o qeyd edib.

Xatırladaq ki, avqustun 3-də Venesuela lideri bu sosial şəbəkəni ölkədə nifrətin qızışdırılmasında ittiham edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
30
8
milli.az

10Mənbələr