Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Korrespondent.az bildirir ki, Ağdam klubu Razqradda Bolqarıstanın “Ludoqorets” kollektivinin qonağı olacaq.
“Ludoqorets Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı Simone Sozzanın rəhbərliyi ilə İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk matçda “Qarabağ” 1:2 hesabı ilə məğlub olub.