Türkiyənin "Beşiktaş" klubu PSJ-nin yarımmüdafiəçisi Çer Ndouru transfer edib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb. Ndour İstanbul klubunda icarə əsasında çıxış edəcək. İtaliyalı futbolçu ilə 1 illik müqavilə bağlanıb. 20 yaşlı dayaq yarımmüdafiəçisi 73 nömrəli formanı geyinəcək. Qeyd edək ki, PSJ Çer Ndouru ötən ilin yayında "Benfika"dan transfer edib. İtaliya U-21 millisinin üzvü ötən mövsümün ikinci yarısında icarə əsasında "Braqa"nın formasını geyinib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta