AZ

“Qəbələ”də yeni futbolçu

“Qəbələ” komandası heyətinə yeni futbolçu qatıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Elvin Yunuszadə ilə 1 illik müqavilə imzalanıb. 32 yaşlı müdafiəçi 2024/2025 mövsümündə “qırmızı-qaralar”ın formasını geyinəcək.

O, karyerası ərzində Azərbaycanda “Neftçi”, “Simurq”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, “İrəvan”, Bosniya və Herseqovinada “Çelik”, Şimali Makedoniyada “Şkupi”də çıxış edib. E.Yunuszadə Azərbaycan milli komandasında keçirdiyi 3 oyunda 1 qol vurub.

Seçilən
102
20
90deqiqe.az

10Mənbələr