"Moskva Ukraynaya hərbi tədarükün dayandırılmasına ümid etmir - Qərb onu müdafiəsini gücləndirmək üçün hər şeyi edəcək". Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına ölkənin BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib. Onun sözlərinə görə, Rusiyaya münaqişənin əvvəlindən aydın idi ki, Kiyev yalnız Qərb dövlətlərinin, ilk növbədə ABŞ-ın dəstəyi ilə hərbi əməliyyatları davam etdirə bilər: “Biz başa düşürük ki, 2014-cü ildə qeyri-qanuni, konstitusiyaya zidd çevrilişin arxasında duran Kiyev rejiminin yaradıcısı olan Qərb onu ayaqda saxlamaq üçün mümkün olan hər şeyi etməyə çalışacaq”, - deyə diplomat bildirib. Eyni zamanda, o əlavə edib ki, Rusiya BMT-də Ukraynaya Qərb silahlarının tədarükü məsələsini müzakirə etməyə çağırır: “Bunların hamısı Ukrayna böhranının sülh yolu ilə həllinə qarşı yönəlib”, - Polyanski vurğulayıb. "Lakin qərbli həmkarlar “güzgüyə baxmaq” və problemin səbəblərini axtarmaq istəmirlər", - deyə diplomat əlavə edib. Prezident Vladimir Putinin qeyd edib ki, Rusiya Ukrayna münaqişəsinin çarxını fırlamağa yox, ona son qoymağa çalışır. Lakin Qərb ölkələri daim silah təchizatını artırır və öz ərazilərində Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə təlimlər keçirir. Moskva dəfələrlə bəyan edib ki, bu cür hərbi yardım Ukraynaya yaxşı heç nə vəd etmir və yalnız münaqişənin müddətini uzadır, silahla daşıma isə Rusiya ordusu üçün qanuni hədəfə çevrilib. Qadir, Bizimyol.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta