AZ

Azərbaycanın stolüstü tennisçiləri Fransada növbəti təlim-məşq toplanışında iştirak edəcəklər

Azərbaycanın

Bakı, 15 avqust, AZƏRTAC

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Fransada təşkil olunacaq növbəti təlim-məşq toplanışında iştirak edəcəklər.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Onur Quluzadə ilə Yağmur Məmmədli bu gün baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Strasburq şəhərinə yola düşüblər. Seçmə komandanın üzvləri avqustun 15-dən 22-dək Avropanın ən istedadlı stolüstü tennisçilərinin dəvət aldığı “EUROTALETS” toplanışında iştirak edəcəklər. İdmançılar bu toplanışın ardınca avqustun 23-də Fransanın Şiltiqheym şəhərində start veriləcək “Euro Mini Champs” yarışında bacarıqlarını göstərəcəklər.

Xatırladaq ki, hər iki idmançı iyulun 25-dən avqustun 12-dək Çinin Şanxay şəhərinin stolüstü tennis mərkəzində təşkil olunan hazırlıq prosesinə qatılıb.

Seçilən
6
8
azertag.az

10Mənbələr