Voleybol üzrə Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişilərdən ibarət Azərbaycan millisi bu gün Avstriyaya yollanıb.
Arena.az bu barədə Azərbaycan Voleybol Fedrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
B qrupunda yer alan komandamız ilk matçını avqustun 17-də Avstriya yığmasına qarşı keçirəcək.
Təsnifat mərhələsindəki növbəti oyun isə avqustun 24-də Bakıda Belçika millisinə qarşı olacaq.
Qitə birinciliyinin təsnifat mərhələsində çıxış edəcək komandamızın heyətində 14 voleybolçu yer alıb:
Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev;
Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov;
Toppaylayıcılar: Roman Qurski, Əmirmehdi Ablou, Vüsal Rüstəmov;
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov;
Baş məşqçi: Fərid Cəlalov;
Köməkçi məşqçilər: Akif Vəliyev, Ülvi Rəcəbli.
Xatırladaq ki, Avstriya ilə oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.