Sumqayıt şəhərində mənzildə partlayış olub.
Report xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.
Hadisənin baş verdiyi əraziyə müvafiq qurumların əməkdaşları cəlb edilib.
APA-nın xəbərinə görə, hadisə 8-ci mikrorayon ərazisində, 27 A ünvanında yaşayış binasında qeydə alınıb.
Orada olan bir nəfərin əlində qumbara partladığı və həmin şəxsin öldüyü bildirilir.