AZ

“Zirə” PFL-ə müraciət edib

“Zirə” klubu Azərbaycan Premyer Liqasının 3-cü turundakı “Araz-Naxçıvan”la oyunun təxirə salınmasını istəyir.



Komanda.az xəbər verir ki, “qartallar” artıq bununla bağlı Peşəkar Futbol Liqasına müraciət də edib.



“Zirə” UEFA Konfrans Liqasının pley-off mərhələsində Kipr “Omoniya”sı ilə matça yaxşı hazırlaşmaq məqsədi ilə bu addımı atıb.



“Araz-Naxçıvan” razılıq verəcəyi təqdirdə, oyun qeyri-müəyyən müddətə təxirə salınacaq.



“Zirə” – “Araz-Naxçıvan” oyunu avqustun 18-də keçirilməlidir.



“Zirə” “Omoniya” ilə ilk matçını avqustun 22-də, səfərdə keçirəcək. Cavab görüşü avqustun 29-da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərOmoniya Zirə Futbol Klubu

Seçilən
2
5
komanda.az

6Mənbələr