AZ

Luis Enrike PSJ-nin yeni transferlərindən danışdı

PSJ-nin baş məşqçisi Luis Enrike Paris klubunun yeni transferlərindən və qapıçıları arasındakı rəqabətdən söhbət açıb.

Arena.az məlumat verir ki, ispan mütəxəssis həmçinin jurnalistlərin bəzi suallarını da cavablayıb.

“Elə futbolçular var ki, onları satın almaq mümkün deyil. Maraqlandığımız futbolçular var, amma klub onları satın ala bilmir. Digərləri isə keçidə açıq deyillər. İmzaladığımız bütün futbolçular – Neveş, Paço və Safonov yaşından asılı olmayaraq komandanı gücləndirəcək futbolçulardır. Bu, inkişafı üçün gərəkli inamımız olan ortamüddətli layihədir”, – AS dərgisi ispan mütəxəssisin klubun yeni oyunçuları haqda fikrini sitat gətirir.

Komandanın qapıçıları ilə bağlı məsələni isə Luis Enrike belə təsəvvür edir:

“Mən heç vaxt demirəm ki, onlardan biri birinci, digəri isə iki və ya üç nömrə olacaq. Onların məşqdə əllərindən gələni necə etdiklərini görmək istəyirəm. Qapıçılar onlara çağırış edə biləcəyim ehtimala hazır olmalıdırlar. İstəyirəm ki, bütün oyunçularım onlarla əlaqə saxladığım zaman hazır olsunlar”, “RMC Sport” dərgisi ispan mütəxəssisdən sitat gətirir.

Həmçinin Luis Enrike PSJ-dən “Real”a keçmiş fransalı ulduz hücumçu Kilian Mbappenin yoxluğunda Fransa nəhənginin oyun üslubu ilə bağlı jurnalistlərin müxtəlif suallarını cavablayıb:

– 40 qol vurmuş Mbappeni necə əvəz etmək olar?
– Dörd oyunçunun 12 qol vurması daha yaxşıdır. Cəmi-cümlətanı 48 qol olacaq. 40-dan ki yaxşıdır.

– PSJ-yə Kilian Mbappe kimi, mətbuat gözündə lider gərəkdirmi?
– Sahib olduğumuz bütün oyunçulardan çox razıyam. Biz bu layihəni inkişaf etdirməyə davam edəcəyik.

– Mbappenin “Real”dakı ilk addımlarını izləmisinizmi?
– Bu ispanlar necə də darıxdırıcıdırlar! Kilian haqqında daha bir sual! Gizlədəcək heç nəyim yoxdur. Mən həmişə Kilianla münasibətdə yaxşı olmuşam. O, qeyri-adi və mehriban insandır. Onu futbolçu kimi bəyəndim. Ona ən yaxşısını arzulayıram, amma qoy, “Real” bizə uduzsun.

Seçilən
82
9
arena.az

8Mənbələr