AZ

İzmirdəki yanğınlarda 78 nəfər zərər çəkib

Bakı. Trend:

Türkiyənin İzmir vilayətində baş verən yanğınlarda 78 nəfərzərər (xəsarət alıb və ya tüstüdən zəhərlənib) görüb. Hazırdaxəstəxanalarda 29 nəfərin müalicəsi davam edir.

Trend-inməlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindənbildirilib.

Bölgəyə çox sayda tibbi qrup cəlb edilib.

Alovla mübarizə havadan və qurudan davam edir.

İndiyədək bölgədə 87 yaşayış binası və 45 iş yerininboşaldıldığı, 16 evin isə yandığı bildirilir.

Xatırladaq ki, İzmirin fərqli meşəlik ərazilərdə başlayan yanğınyaşayış yerlərinə yayılıb.

Məqalədə:
Seçilən
39
3
az.trend.az

7Mənbələr